07/03/2018
Mersedes w221 (2006-2013)
Mersedes S klass deyəndə yüksək komfortlu, geniş, sürətli və lüks biznes klass avtomobili ağıla gəlir. Təsadüfi deyilki əksər dövlət işçiləri, biznesmenlər, şirkət rəhbərləri və hətta ölkə başçıları Mersedes S klass avtomobilini seçir. Baxaq görək işlənmiş S klass almaq bu gün nə dərəcədə məqsədəuyğundur. Söhbət w221 kuzada buraxılan (2006-2013) avtomobildən gedir:
Mühərrik
Ən məşhur mühərriklər M272 ve M273 dür. Bunlar V6 V8 benzin tipli 3.0, 3.5, 4.7, 5.5 və s həcmli mühərriklərdir.
Benzin mühərrikləri bir neçə problemləri ile tanınır. Bunlardan ən əsası QRM sepi ile bağlı yaranan problemdir.
Bəs mühərrikdə yaranan problemlərin qaynağı nədir? Bildiyimiz kimi Mersedes S klass avtomobillerinin əsas alıcıları vəzifəli, imkanlı adamlardı. Avtomobili çox vaxt sürücü idarə edir. Avtomobilin sahibi iş göruşməsi və ya digər bir işinin dalınca gedərkən sürücü ( qış aylarında salonu qızdırır, yayda isə soyudur) yəni mühərrik durmadan işləyir. Resurs azalir.
Heqiqətən, 10 illik avtomobili alarkən onun 150-200 min km yol getdiyini görə bilərik ve bu real ola bilər, bəs mühərrik nə qədər “xalastoy” işləyib onu bilmək olmur.
Bu səbəbdən bu avtomobildən almaq istəyənlər mütləq şəkildə mühərriki yaxşı ustada diaqnostika etdirməlidir. Hər dəfə diaqnostikaya pul ödəməmək üçün əvvəlcə özünüz bir neçə sadə yoxlama əməliyyatını aparın:
Avtomobilə baxmağa gedərkən sahibinə mühərriki soyuq halda yoxlamaq istədiyinizi bildirin. Ən azI 18 -20 saat sürülməmiş avtomobil (qış aylarında). Yay aylarinda isə minimum 1 gün yatmış olsun. Mühərriki soyuq halda işə salın ve diqqətlə qulaq asin. Mühərrikdən hər hansı bir naməlum səs, taqqıltı, sürtünmə səsləri gəlməməlidir. Əgər gəlirsə deməli QRM sepi boşalıb. Qeyd: bu avtomobillərdə sep dəyişilərkən ulduzlar, natyajitellər ve s birlikdə dəyişilir. Bu da təbii ki, xərcləri artırır. Əgər avtomobilin sahibi sepin deyişilmə vaxtını ötürübsə çox büyük ehtimal var ki yaxın zamanda mühərrikin təmirə ehtiyaci olacaq.
M272 6 silindrin en məhşur problem sepdir.
Əgər “check engine” yazilarsa bunu ciddiyə almaq lazımdır ve dərhal ustaya getmək lazımdır. Bəzən sürücüler bunu p*s yanacaqla əlaqələndirib ustaya getmirlər ve öz özünə sönəcəyinə ümid bağlayırlar. Bu ise mühərrikin sıradan çixmasına gətirib çıxara bilər. Səbəb isə yağ filtri ilə bağlı ola bilər. Bəzi hallarda filtr yağ axıda bilir. Bu xəstəlikdir. Yağın səviyyəsini daim diqqətdə saxlamaq lazımdır.
Deyirlər ki, sep 200-300 min getməlidir amma mühərrikin uzun ömürlü olması üçün sep 100 min km də dəyişilməlidir. 100 minden sonra avtomobilin yavaş yavaş digər problemləri başlayır. Qarantiya biten kimi. Düşündürücü məqamdır, niyə məhz qarantiya bitən kimi?
Digər bir problem “vipusknoy kollektor” – la bağlıdır. Belə ki, zaslonka (plastik) zaman ötdükcə öz elastikliyini itirir ve sıradan çıxır. Ən p*s halda yüksək təzyiqde bu zaslonka mühərrikin içinə girə bilir ( nadir hallarda olur) ve bu halda müherrik kapital təmirə gedir. Mühərrik qeyri stabil işlədikdə, tyaqa itdikdə (avtomobil çəkməyəndə) ve s “vipusknoy kollektor” dakı problemə işarə edir.
Qeyd edək ki, zaslonka özü ayrıca satılmır. Dəyişiləndə gərək vipusknoy kollektorla birlikdə dəyişilsin.
Bundan sonra gələn digər məşhur problem mühərrikin “gilza” etdirilməsidir. Problem nədən ibarətdir: Silindrlərin yanması səbəbindən mühərrik sökülüb açılmalır ve zavadskoy olmayan vkladışlar qoyulur. Bu əməliyyat çox bahadır. ( Bir neçə min manat ) Bu 6 silindrli mühərriklərə aiddir. Təbii ki 8 ve 12 silindr daha baha olacaq.
10 illik avtomobillərdə bu problemin yaranması ehtimalı çox böyükdür.
Bu mühərriklər qətiyyən yağ azlığını sevmirlər. Bir balaca bu məsələdə nöqsana yor verildisə mühərrik kapital remonta getməli olacaq.
W221 alarkən çalışmaq lazımdır ki, avtomobili ilk sahibindən alasız. Düzdür bu çətin olacaq amma yaxşi avtomobil tapmaq nə vaxtdan asan olub? Hələ hələ 10 illik avtombildirsə.
W221 dizel mühərrikləri daha uzun ömürlü ve dözümlüdür. Əsas problem yaradan məsələ yanacaq sisteminin təmizlənməsidir. Nəzərə alsaq ki bizdə dizel keyfiyyətsizdir bu problem 200-250 minden sonra başlaya bilər. Digər tərəfdən dizel mühərriklər çox qənaətçil olur.
M273 mühərriklərdə (4.7 – 5.5 ) yanacaq sərfiyyatı 30 litrə yaxındır.
W221 daha bir məqam var ki, katalizator xarab olanda avtomobil xoda düşmür.
Ötürücü qutu
Karobka 7 g tronik – çox da yaxşı hesab olunmur ( elektronniy blok 100 minden sonra xarab ola bilir ) dəyişilməsi çox baha başa gələcək.
5 pilləli isə nisbeten daha yaxşı sayılır
Salon
Bu avtomobillərin salonuna söz ola bilməz – çox keyfiyyətli, rahat və genişdir. Çoxfunksional olması sürücünün həm təhlükəsizliyi həm də rahatlığı üçün nəzərə alınıb. Misal üçün air body control, 9 airbag bütün avtomobillərdə standart olaraq, ESP Dynamic Cornering Assist, Traffic Sign Assist with Speed Limit Assist, ATTENTION ASSIST, ADAPTIVE BRAKE, DISTRONIC PLUS və onlarla digər funksiyalar.
Asqı
Asqi çox qolludur və əgər pnevma varsa avtomobilin olduqca komfortlu olduğunu hiss edəcəksiz. Bu xüsusi bir zövq yaşadacaq. Ancaq pnevma çox da etibarlı sayılmır. Xarab olan kimi avtomobil yerə yatır.
Imkan daxilinde sadə variant seçin.
Asqida xüsusi bir zəif yer yoxdu ancaq çox qollu olduğundan xərcləri çox olacaq. Onu da qeyd edək ki, bu mersedesdir. Ehtiyyat hissələri ucuz olmayacaq.
Yekun qeyd.
Bu məqaləni yazmaqda səbəb avtomobili p*sləmək deyil. Hamıya məlumdur ki Mersedes super avtomobildir. Söhbət işlənmiş - 8-10 illik avtomobillərdən gedir. Ve Mersedes ela avtomobildir deyib 2 ci 3 cü əl avtomobil alarkən normal şəkildə yoxlamadan almağın riskli olduğunu çatdırmaq istədik. Çünki avtomobil sahibləri fərqli olur. Avtomobilə vaxtı vaxtında qulluq edən insanlar da olur, laqeyd yanaşanlar da olur. Seçiminizdə uğurlar.
Xahiş olunur məqaləni paylaşdıqda Autotrade səhifəsinə istinad etməyi unutmayın.