01/07/2026
Azərbaycan Motosiklet İdmanı Federasiyası adından AMİF 🇦🇿
Silahlı Qüvvələr Gününə həsr olunmuş motokros yarışının təşkilində və keçirilməsində əməyi olan hər kəsə səmimi minnətdarlığımızı bildiririk.
Xüsusi təşəkkürümüz sponsorlarımıza və tərəfdaşlarımıza aiddir. Göstərdiyiniz etimada, dəstəyə, yarışın yüksək səviyyədə keçirilməsinə verdiyiniz töhfəyə və yaratdığınız birlik ruhuna görə hər birinizə təşəkkür edirik.
Tədbirin informasiya dəstəyinə görə CBC Sport xüsusi minnətdarlığımızı bildiririk.
Peşəkarlığı, yüksək enerjisi və tədbiri uğurla idarə etdiyinə görə aparıcımıza səmimi təşəkkürümüzü bildiririk.
Yarış üçün trası yüksək səviyyədə hazırlayan, eləcə də bütün texniki proseslərin fasiləsiz və qüsursuz işləməsini təmin edən texniki komandaya dərin təşəkkürümüzü bildiririk.
Ədalətli və peşəkar fəaliyyətlərinə görə hakimlərimizə, yarış boyu təhlükəsizliyi təmin edən marşallarımıza, həmçinin hər an operativ müdaxiləyə hazır olan tibbi heyətə və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına səmimi təşəkkür edirik.
Motokros yarışının iştirakçılarına, avtomobil iştirakçılarına, motoklublara, motosiklet ictimaiyyətinə, azarkeşlərə və bu əlamətdar günü bizimlə bölüşmək üçün gələn bütün qonaqlara xüsusi təşəkkürümüzü bildiririk. Sizin iştirakınız, dəstəyiniz və idmana olan sevginiz bu yarışı əsl idman bayramına çevirdi.
Bir daha hər birinizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Birlikdə bir daha sübut etdik ki, motosiklet idmanı təkcə sürət deyil, həm də intizamın, qarşılıqlı hörmətin, vətənpərvərliyin və birliyin təcəssümüdür.
Gənclər və İdman Nazirliyi Сабир Асланов